Dünəndən hiss etdiyim sevinci də bir cümlədə bildirim : belə ürəkdən torpaqları geri alanda sevinmişdim.

30-05-2023, 00:08           
Siyasi icmaların (fərqi yoxdur rəsmi , qeyri-rəsmi) bir böyük problemi var.
Ətraflarına özü kimi fikirləşən insanları toplayır, ya da ətrafındakıların özü kimi fikirləşməsi üçün təbliğat aparıb buna nail olurlar.
Bununla da özləri özlərini təbliğatla reallığa aidiyyatı olmayan bir dairəyə salırlar.
Özləri deyir , özləri arqumentləşdirir , özləri təsdiqləyirlər.
Ən böyük problem də bundan sonra başlayır.
Cəmiyyətin bir hissəsi kimi , fikirləşdiklərini cəmiyyətin fikiri kimi qələmə verirlər , ətrafda hamının onlar kimi fikirləşdiyini düşünürlər və ən pisi də özləri buna inanırlar.
Dünəndən hirsli , aqressiv siyasi-ictimai “xadimlər” Ərdoğanın qələbəsini “şərh”lərini izləyirəm.
Birinci, seçkilərin aqibətini daxili faktordan daha çox regional və qlobal faktorlar seçkidən çox-çox öncə həll etmişdi.
Doğurdan fikirləşirdiniz ki, Avropada Ukraynadakı müharibə , Yaxın Şərqdə İranın nüvə ambisiyası, Mərkəzi Asiyada və elə Yaxın Şərqin özündə Çinin ekspansiv siyasət yürütdüyü bir vaxtda Qərb özünün tək güvənə biləcəyi tərədaşı Türkiyəni , gün ərzində çıxış etdiyi tv verlişlərin hər birində öncəki verlişdəki fikirlərini təkzib edən deletanta etibar edəcəkdi ??
Ərdoğan seçkini lap öncədən , hələ Kılıçdaroğlu namizəd olanda artıq qazanmışdır.
- Müxalifətin namizədi birinci turdakı seçki kampaniyası zamanı Türkiyənin Qərbdəki tərəfdaşlarını , ikinci turdakı seçki kampaniyasında isə daxildə ona səs verənləri məyus etdi.
Azərbaycan daxil Türkiyənin bütün səmimi dostlarını əleyhinə mesajlar verdi .
- Türk əsgəri filan yerdən çıxacaq deyə, məsələn Liviyada 10 il əziyyətlə formalaşan kövrək sülhü, Suriyada zülümlə formalaşan şərtləri şühbə altına aldı.
- Avropada “özmüqəddəratını həll etmə prinsipini” Türkiyəyə tətbiq edib , ölkəni 25 vilayətə bölüb, Kurdustan quracam deyən separatçı HDP rəhbərliyi ilə müttəfiq oldu.
Həbsxanadakı “Kürdüstan qururam” deyib 30 min vətəndaş öldürən separatçı teroristləri dəstəklədi.
Bununla da Yaxın Şərq kimi kənar güclərin agressiv çarpaz oynadığı bir regionda güclər balansında özünə tərəfdaş Türkiyəni seçmiş diğər Kurdustanın gələcəyini şübhə altına aldı.
- Türkiyənin mineral resurslarla bol Yaxın Şərq regionundakı diğər iqtisadi tərəfdaşlarını hədələdi.
Bunlar da bitmədi , Mərkəzi Asiya, Cənubu Qafqaz , Balkanlar , Avropa və s. kimi regionlar arası trilionlar xərclənmiş iqtisadi layihələri ( heç nə edə bilməzdi söz yox , amma bu faktı dəyişmir ) şübhə altına aldı.
- Şimali Afrika , Yaxın Şərq , Mərkəzi Asiya regionlarındakı son 10 ildə əziyyətlə formalaşdırılmış bu kövrək sülh ona görə mümkün oldu ki, burda güclər balansında tərəfin biri Türkiyədir.
Yani Qərbin Ərdoğana nifrətinin qiyməti bu qədər böyük deyil ki, bir onun getməsi üçün bu qədər geniş regionlarda təlatümlər yaradacaq qoca deletantı dəstəkləsin.
- Daxilə gəlsək, illərdir Ərdoğana qarşı islamçıdır təbliğat aparan sekulyar müxaliİfətin lideri ikinci turda “Allahını sevən mənə səs versin” , “Ərdoğana səs verən günaha batacaq” təbliğatı apardı.
- “Ərdoğan İmamoğludan qorxdu , onu seçkiyə qoymadı” deyənlər, hər iki turda onun mer olduğu İstanbuldan Ərdoğana verilən səslərə baxsınlar.
İndi mərkəzi küçələri belə dizə qədər zibilin içində olan İstanbulun sakinləri , əsnafı , bakkalı Ərdoğanın valiliyində küçələri xatırlayır.
- “Həyat bahalanıb” təbliğatı isə bu gün dünyanın bütün qitələrində , bütün hökümətlərə qarşı aparılan təbliğatdır.
“Mən bunun qarşısını ala bilərəm” iddiasını edən siyasətçilər də, iqtisadçılar da gözünün içinə kimi yalan danışır.
Mən hətta sizə deyim ki, bu bahalanma dayanmayacaq heç yerdə və bizim nəsil yaşlananda bu dünyada bir çörəyin qiyməti 100 dollar olacaq.
- Ərdoğan ərəbləri gətirdi ki, qalib olsun deyənlər (bizdə də var imiş , bir ikisinin statusunu gördüm bu gün) isə , üzr istəyirəm, lap səfeh imişlər : Ərdoğan 1 milyon ərəbin səsinə görə 80 milyon türkün səsindən vaz keçmişdi ??
Ərəblər bayram edir deyə “qıcıqlananların” xəbəri olsun ki, bu gecə yarısına kimi Macarstanda , Albaniyada, Makedoniyada, Bolqarstanda və hətta Serbiya da belə Ərdoğanın qələbəsini bayram ediblər.
Bizim cəmiyyətdəkilərə gəlsək , iranın, rusun şəbəkəsi ictimai qınaqdan qorxub Türkiyəni sevmirik deyə bilmir , Ərdoğanı sevmirik deyirlər.
Bu qədər sadə !
Bir dəfə Ərdoğan dedi ki, Qarabağdakı qalibiyyət Azərbaycanın Ana südü kimi hakkı və halalıdır.
44 günlük Vətən müharibəsindən sonra Ərdoğanın adı bu xalqın qan yaddaşına yazıldı , siz sevsəniz nə olur , sevməsəniz nə olur ?!
Mən öz növbəmdə , bir Azərbaycanlı ictimai-siyasi sima kimi ölkəmizin Rəhbərinin hörmətli R.T. Ətdoğanı növbəti dəfə prezident seçilməsi münasibəti ilə etdiyi təbriklərinə qoşuluram.
Dünəndən hiss etdiyim sevinci də bir cümlədə bildirim : belə ürəkdən torpaqları geri alanda sevinmişdim.
Yegana Hajiyeva
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.