Eldar Əzizovla Mikayıl Cabbarov arasında gərginlik PİK HƏDDƏ ÇATIB

13-04-2015, 13:05           
Eldar Əzizovla Mikayıl Cabbarov arasında gərginlik PİK HƏDDƏ ÇATIB
Təhsil naziri ilə Sumqayıt meri arasında gərginlik yaşanır.

Mikayıl Cabbarov Eldar Əzizovla münasibətlərdə yaranan qovğaya gör Sumqayıt məktəblərini direktorsuz qoyub. Tia.az-ın məlumatına görə, nazir şəhər məktəblərinin 70 faizinə direktor təyin etməyib. Hazırda boş qalan yerlər müvəqqəti direktorlar tərəfindən idarə olunur. Eyni zamanda şəhər təhsil şöbəsinin müdiri vəzifəsi də vakant qalıb.
Vaqif Ələsgərovun hələlik direktorluğu isə külli miqdarda yeyinti baş verməsi ilə nəticələnib. Məlumatda deyilir ki, E.Əzizov özü məktəb və təhsil şöbəsi müdirlərini təyin etmək istəyir. İcra başçısı ona yaxın şəxsləri bu sektorda yerləşdirmək niyyətindədir.
M.Cabbarov isə buna razılıq vermir və nazirliyin əmri ilə qərarın veriləcəyini israr edir. Nazirlə icra başçısının arasında yaşanan bu ərginlik pik həddə çatıb. İddialara görə, hətta nazir icra başçısından mərkəzi dairələrə şikayət edib.
Qeyd edək ki, V.Ələsgərov şəhər təhsilini dükana çevirib. Onun son bir ildə yüz minlərlə manatı mənimsədiyi iddia olunur. Hesablama Palatasının məlumatına görə də, xərc smetalarında ciddi pozuntular var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.