Müdafiə Nazirliyinin ehtiyatda olan kapitanı Maliyyə Nazirliyinə müraciət etdi

4-08-2015, 13:00           
Müdafiə Nazirliyinin ehtiyatda olan kapitanı Maliyyə Nazirliyinə müraciət etdi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə.

Mən, Azərbaycan Respublikasının ehtiyatda olan zabiti kapitan Tərlan Qurbanov 15.07. 2015-ci il tarixində Müdafiə Nazirliyinə istifadə olunmamış məzuniyyət günlərinə görə mənim üçün hesablanmış kompensasiyanın ödənilməsi xahişi ilə müraciət etdim.

Müdafiə Nazirliyin 27.07.2015-ci il tarixli rəsmi cavabında, Maliyyə Nazirliyi tərəfindən bu məqsəd üçün maliyyələşmənin olmaması əsas gətirildi.

Cənab Nazir, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gecikmə səbəbindən mən və mənim kimi yüzlərlə hərbi qulluqçuya manatın kursunun aşaqı düşməsi nəticəsində 30% maddi zərər dəydi. Şəxsən mənim istifadə olunmamış məzuniyyət günlərim üçün bu dollar ekvivalentində 2000 dollardan çox pul deməkdir. Neftin dünya bazarında kəskin ucuzlaşması fonundan bu rəqəmin bir müddətdən sonra daha da böyüyəcəyini proqnoz etmək heç də çətin deyil.

Cənab Nazir, nəzərə alaraq ki, Müdafiə Naziliyinin tabeliyində olan hissə və bölmələrinin böyük hissəsinə bu vəsait artıq bir il əvvəl ödənilib, digər qalan kiçik hissəsi üçün maliyyələşmənin gecikdirilməsinin nədən baş verdiyinə açıqlama verməyinizi sizdən xahiş edirəm!

Hörmətlə ehtiyatda olan kapitan Tərlan QURBANOV 04.08.2015 Xırdalan ş.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.