Namus üstündə güllələndiyi deyilən şəxsdən istintaqa və mətbuata etiraz - "Elnurun adını polislərdən öyrənmişəm"

21-04-2015, 10:04           
Namus üstündə güllələndiyi deyilən şəxsdən istintaqa və mətbuata etiraz - "Elnurun adını polislərdən öyrənmişəm"
Xəzər rayon, Şüvəlan qəsəbəsi, Gənc Kosmanavt düşərgəsində məskunlaşmış Laçın rayon sakini Hüseynov Bəxtiyar Yaşar oğlu tərəfindən baş prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşmüşəm, hal-hazıradək Xəzər rayon, Şüvəlan qəsəbəsi, Gənc Kosmanavt düşərgəsində yaşayıram. 15 aprel 2015-ci il tarixdə saat 22 radələrində, Şüvəlan qəsəbəsi Gənc Kosmanavt düşərgəsində yaşadığım mənzilim qarşısında naməlum şəxslər məni çağırdı və gözlənilmədən mənə qundağı kəsilmiş nömrəsi və istehsal ili silinmiş 16 çaplı tək lülə ov tüfəngindən atəş açdı və məni ağır yaraladılar, hadisə yerindən qaçdılar, sonra mən dərhal ağır vəziyyətdə xəstəxanaya yerləşdirildim. Xəzər rayon Polis İdarəsi keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər, - Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev və Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov tutulmuşdurlar.
Çox təəsüflər olsun ki,bəzi mətbuat orqanları həqiqətə uyğun olmayan məlumatlar yayıblar.Guya ki,sonradan polis işçiləri tərəfindən adını öyrəndiyim Elnur adlı şəxsin həyat yoldaşnı təhqir etdiyim üçün vurulmuşam.
Eyni zamanda qeyd etmək istəyirəm ki, bəzi mətbuatda yalnış yazılanlar tamamilə yalnış bir fikirdir, belə ki, mən 2007-ci ildən həmin qadınla boşanmışam və bu günə qədər onun barədə heç bir nəlayiq ifadələr işlətməmişəm, tamamilə bu müddətdə onu görməmişəm.
Belə ki,1997-ci İldə Səadət Hüseynova adlı biri ilə ailə həyatı qurdum.Cəmi 3 ay yaşadıqdan sonra ayrıldıq.Çox keçməmiş o bir başqasına ərə getdi,mən də hazırki həyat yoldaşımla evləndim.O vaxtan bu günə qədər Səadətlə nə bir dəfə qarşılaşmış,nə də ünsiyyətdə olmuşam.Elnurun adını isə polislərdən öyrənmişəm və ümumiyyətlə,onu heç zaman görməmişəm.
Aparılan istintaqdan çox narazıyam belə ki, tutulanların biri yəni Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Abbas Arzu oğlu Dünyamalıyev sonradan sərbəst buraxılıb, eyni zamanda qeyd etmək istəyirəm ki, hadisəni törətməkdə birbaşa şərait yaradan və vasitəçilik edən bu şəxs olmuşdur.
Digər cinayətkar Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Elnur Gülü oğlu Xıdırov isə çinayəti törədib lakin buna yüngül cinayət maddəsi ilə təqsirli bilinmişdir.
Qeyd etmək istəyirəm ki, çinayətkarlar Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma və digər ağır maddələrlə təqsirli bilinib ciayət məsuliyyətinə cəlb edilməlidir.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alaraq düzgün təhqiqat aparılmasına və cinayətkarların layiqli cəzalandırılmasına ciddi göstəriş verəsiniz".

DİA.AZ olaraq bu olayla bağlı KİV-lərdə yayılan məlumatı təkrar olaraq diqqətinizə təqdim edirik:

Bakıda qonşusunu güllələyən şəxs saxlanılıb.

Xəzər Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, keçirilən əməliyyat zamanı 1985-ci il təvəllüdlü Xıdırov Elnur Gülü oğlu tutulub.

Hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Hüseynov Bəxtiyar Yaşar oğlu odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan B.Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Xıdırov ifadəsi zamanı B.Hüseynovu onun həyat yoldaşı haqqında təhqiramiz ifadələr işlətdiyinə görə güllələdiyini bildirib. Belə ki, saxlanılan E.Xıdırovun həyat yoldaşı B.Hüseynovun ilk arvadı olub. Onlar ayrılandan sonra E.Xıdırov B.Hüseynovun keçmiş həyat yoldaşı ilə ailə qurub. B.Hüseynov qonşuları arasında keçmiş həyat yoldaşı, yəni E.Xıdırovun indiki arvadı barədə xoşagəlməyən ifadələr işlədib. Bu isə sonda onun güllələnməsi ilə nəticələnib.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, hadisə zamanı güllələnən B.Hüseynov orta məktəb müəllimidir.

Müraciətdə iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.