İnsanların sifətini eybəcərləşdirən cərrah məhkəməyə verildi

10-12-2018, 07:35           
İnsanların sifətini eybəcərləşdirən cərrah məhkəməyə verildi
Pasiyentlər onların sifətini eybəcər hala salan plastik cərrahı məhkəməyə veriblər. Onlarla zərəçəkən deyib ki, günhalandırılan şəxs onların zahiri görkəmini əməliyyatla yaxşılaşdıracağına və çapıqlardan silas olacaqlarına inandırıb. Lakin pasiyentlər vəd edilən gözəllik əvəzinə tamamilə başqa bir şey görüblər.

Medpress.az xarici mediaya istinadən bildirir ki, Braziliyanın qərbindəki Qoyana şəhərindən olan fəlakətli cərrahın əlindən ən azı 40 nəfər zərər çəkib. Onlar Uesli Murakamini onlara zəhərli dərman yeritməsi nəticəsində üzlərində güclü şiş əmələ gəlməkdə ittiham edirlər. Bundan əlavə, həmin kişinin lazımi ixtisası da olmayıb.

Bəzi pasiyentlər həkimin onların başına gətirdiyi oyunu əks etdirən fotolarını da paylaşıblar. Məqsədləri məhkəmənin ondan lisenziyanı ömürlük geri almasıdır.

Adının çəkilməsini istəməyən kişi söyləyib ki, sifətindəki çapıqlardan xilas olmaq üçün bioplastika etdirmək qərarına gəlib. Pasiyent dörd il ərzində səhvini düzəltməyə çalışsa da, əvvəlki görünüşünə qayıtması mümkün olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.