Azərbaycanda hər 200 min pul nişanından 1-i saxtadır - RƏSMİ

26-04-2019, 13:10           
Azərbaycanda hər 200 min pul nişanından 1-i saxtadır - RƏSMİ
“Azərbaycan Mərkəzi Bankı vaxtaşırı milli valyutanın modernləşdirilməsini həyata keçirir. Məqsəd saxta əskinaslara qarşı mübarizə aparmaqdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun üçün 200 manatlıq əskinasların hazırlanmasına ən yüksək texnologiyalar tətbiq olunub.

“Azərbaycan bankomatlarının müdafiəsi yüksəkdir. Bizdə 200 min əskinasa 1 saxta pul düşür. Halbuki, Avropada 30 min əskinasa 1 saxta pul, Rusiyada isə 130 min əskinasa 1 saxta pul düşür. Yeni bankotlar tədavülə buraxılan zaman müəyyən texniki problemlər ortaya çıxır. Yəni, 8-10 ay ərzində adaptasiya gedir. May ayının sonuna kimi adaptasiya işləri yekunlaşdırılacaq. Bunun üçün banklara 2-3 ay vaxt verilib”, - E.Rüstəmov vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.