Ekvador Culian Assanjın sənədlərini və əşyalarını ABŞ-a verəcək

13-05-2019, 07:21           
Ekvador Culian Assanjın sənədlərini və əşyalarını ABŞ-a verəcək
Ekvador hakimiyyəti "WikiLeaks" saytının təsisçisi Culian Assanjın sənədlərini və şəxsi əşyalarını ABŞ-a verəcək.

"Report" xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, əşyalar və sənədlər hələ ki, Ekvadorun Londondakı səfirliyindədir.

ABŞ-a mobil telefonlar, yaddaş kartları və jurnalistin başqa informasiya daşıyıcıları çatdırılacaq. Mayın 20-də jurnalistin yaşadığı otaqda axtarış aparılacaq. Assanjın vəkili Karlos Povede bu barədə məlumatlandırılıb.

Jurnalistin ikinci vəkili Baltasar Qarson iddia edir ki, Ekvador sığınacaq verilməsi institutunu tamamilə pozub.

Daha əvvəl London Vestminster Bələdiyyə Məhkəməsində "WikiLeaks" saytının təsisçisi Culian Assanjın ekstradisiyasına dair iclas keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.