Bakıda bahalı avtomobillər qaydaları pozaraq qəza vəziyyəti yaradıb - VİDEO

4-07-2019, 18:51           
Bakıda bahalı avtomobillər qaydaları pozaraq qəza vəziyyəti yaradıb - VİDEO
Bakıda qarşı yola çıxaraq təhlükəli vəziyyət yaradan və avtoxuliqanlıq edən sürücülər kameraya düşüb.

"Report"un xəbərinə görə, Binəqədi şosesində qeydə alınmış videodan görünür ki, BMW markalı, 10-BB-015 dövlət nömrə nişanlı və “Bentley” markalı 10-DD -012 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri əks istiqamətə çıxır və digər hərəkət iştirakçılarına real təhlükə yaradır.

Bundan sonra sürücülər elə əks istiqamətdə yoluna davam edərək qarşıdan gələn nəqliyyat vasitələrinin önünə çıxır.

Həmin videonu təqdim edirik. Yəqin ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sürücüləri aşkar edərək barəsində müvafiq qaydada tədbir görüb, yaxud bu videodan sonra tədbir görəcəklər. Çünki İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərini pozduqlarına görə hər bir sürücü barəsində 100 manat və 4 bal cərimə tətbiq edilməlidir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.