Qara dənizdə gəmi çevrildi - Ölənlər var

6-07-2019, 09:20           
Qara dənizdə gəmi çevrildi - Ölənlər var
Qara dənizdə gəminin çevrilməsi nəticəsində iki nəfər həlak olub.

“Report” xəbər verir ki, bunu “Djuqba” çimərliyinin direktoru Andrey Andreyev deyib. Onun sözlərinə görə, “Atoll” adlı gəmi dənizin Mavi körfəz hissəsində batıb:

“Gəmidə olan şəxslərin xilas edilməsi üçün xilasedicilər göndərilib. İki nəfərin cəsədi gətirilib. Bu cür gəmilər yalnız 12 nəfərlik üçündür. Bizdə olan məlumata görə, gəmidə 30-dan çox şəxs olub. Nəticədə gəmi çevrilib. Hər kəs bilməlidir ki, gəzinti üçün gəmilər 12 nəfərlik olur”.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, gəmidə olan 43 nəfərdən 37 nəfəri xilasedcililər tərəfindən sahilə gətirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.