Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmayıb

11-07-2019, 07:40           
Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulu Rusiyaya buraxılmayıb
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub. “Report” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.
Bununla yanaşı, Rusiya tərəfiu Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyulub. “Rosselxoznadzor” nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.