Rusiyada elektrik stansiyasında qəza - ölən və yaralılar var

11-07-2019, 20:06           
Rusiyada elektrik stansiyasında qəza - ölən və yaralılar var
Yaralılardan 12-nə hadisə yerində yardım edilib, 1-i isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Rusiyanın Moskva vilayətinin Mıtişşi rayonunda yerləşən İstilik Elektrik Stansiyasında (İES -27) yanğın baş verib.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata əsasən, həlak olan şəxs İES-də gözətçi işləyən qadındır.

Yaralılardan 12-nə hadisə yerində yardım edilib, 1-i isə helikopter vasitəsilə xəstəxanaya çatdırılıb.

Yanğının stansiyaya məxsus qaz borusundan sızma nəticəsində meydana gəldiyi bildirilib. Hazırda hadisə yerində xilasedicilər işləyirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.