Çində zovodda partlayış nəticəsində 10 nəfər ölüb - VİDEO

20-07-2019, 07:37           
Çində zovodda partlayış nəticəsində 10 nəfər ölüb - VİDEO
Cümə günü Çinin mərkəzi Henan əyalətində qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb, 19 nəfər xəsarət alıb, daha 5 nəfər itkin düşmüş hesab olunur.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.

Partlayış cümə gün Bakı vaxtı ilə saat 18:50-də Sanmensya şəhər dairəsinin İma qəzasında yerləşən zavodda olub. İlkin məlumatlara görə, partlayış və yanğın zavodun havaayırıcı qurğularından birində baş verib.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər və həkimlər cəlb olunub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.