Arvadı ilə yataqda tutduğu qonşusunun cinsiyyət orqanını kəsdi - QORXUNC HADİSƏ

21-07-2019, 10:55           
Arvadı ilə yataqda tutduğu qonşusunun cinsiyyət orqanını kəsdi - QORXUNC HADİSƏ
Bu ilin may ayında ABŞ-ın Florida ştatında həyat yoldaşı ilə birgə yataqda yaxaladığı qonşusunun cinsiyyət orqanını kəsən 49 yaşlı Aleks Bonilla həbs edilib.

Publika.az New York Daily News qəzetinə istinadən xəbər verir ki, arvadının ona qonşusu ilə xəyanət etdiyini öyrənən və onları güdən Aleks silah götürərək onları izləyib. Onları karavanda “iş başında” yaxalayan 49 yaşlı kişi 32 yaşlı qonşusunu silahla təhdid edərək əl-qolunu bağlayıb. O, daha sonra gənc oğlanın cinsiyyət orqanını qayçı ilə kəsərək qaçıb.

Ən dəhşətlisi odur ki, hadisə vaxtı karavanda 2 azyaşlı uşaq da olub və Aleks Bonilla qorxunc əməlini onların gözü qarşısında törədib.

Uşaqlara işgəncə, qanunsuz silah gəzdirmə, sağlamlığa ağır zərərvurma, hadisə yerindən qaçma kimi cinayətlərdə təqsirli bilinən A.Bonilla yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.