ABŞ-da hava limanının uçuş-enmə zolağında təyyarə yanaraq iki hissəyə parçalanıb

22-08-2019, 07:19           
ABŞ-da hava limanının uçuş-enmə zolağında təyyarə yanaraq iki hissəyə parçalanıb
ABŞ-da Kaliforniya çtatının Oroville şəhərindəki hava limanında “Cessna Citation” markalı təyyarə uçuş-enmə zolağında yanıb.

APA “RİA Novosti”yə istinadla xəbər veri ki, bu barədə Federal Aviasiya Administrasiyası məlumat yayıb.

Bildirilib ki, təyyarə uçuş-enmə zolağında olarkən texniki nasazlıq üzündən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb.

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər.

Yerli polisin Twitterdə yaydığı foto şəkillərdə təyyarə iki hissəyə parçalanıb və demək olar ki, tamamilə yanıb.

Təyyarədə texniki nasazlığın hansı səbəbdən baş verməsi, eləcə də alovlanması hələ də müəyyən edilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.