Venesiya ərazisinin 80 faizi leysan yağışlar səbəbindən batıb - FOTO

13-11-2019, 06:11           
Venesiya ərazisinin 80 faizi leysan yağışlar səbəbindən batıb - FOTO
Venesiyada suyun səviyyəsi 183 santimetrə qədər qalxıb.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, şəhər ərazisinin 80%-dən çoxu suyun altında qalıb. Məlumata görə, şəhər administrasiyası fövqəladə vəziyyət elan etməyə hazırdır.


Təbii hadisə ilə əlaqədar Müqəddəs Markın sahəsi tamamilə batıb. Orada suyun səviyyəsi 1 metri ötüb. Agentlik qeyd edir ki, yağışlarla əlaqədar eyniadlı kilsə də batıb.

ANSA xatırladıb ki, bundan əvvəl suyun daha yüksək səviyyəsi yalnız 1966-cı ildə qeydə alınıb. Həmin vaxt daşqınlar səbəbindən yalnız Venesiya yox, İtaliyanın Florensiya da daxil olmaqla, digər şəhərləri batıb. O zaman suyun qalxmasının rekord - 190 santimetr səviyyəsi qeydə alınıb.


"Bu dəfə biz əsl fəlakətdən narahatıq və zərər qaçılmazdır", - deyə Venesiyanın meri Luidjı Brunyaro bildirib.

Sakinlərə küçələrə çıxmamaq məsləhət görülüb.

Xatırladaq ki, alimlər Venesiyanın bir neçə onillik sonra tamamilə batacağı barədə proqnoz irəli sürürlər. Ekspertlərin araşdırmalarına görə, şəhər hər il bir neçə millimetr suyun altında qalır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.