Azərbaycanda polisi ürəyindən bıçaqladılar

20-11-2019, 19:52           
Azərbaycanda polisi ürəyindən bıçaqladılar
Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

Teref.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.


Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.