Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO

22-11-2019, 10:31           
Səudiyyə şahzadəsi itkin düşüb: Baş verənlərin gizli təfərrüatı açıqlandı - FOTO
Bir neçə ay əvvəl dünya mediası 55 yaşlı Səudiyyə şahzadəsi Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşdüyünü yazıb.

Kral Səudun qızı ictimaiyyətin gözü qarşısında itib.

Ancaq bugünlərdə Almaniyanın Deutsche Welle televiziya kanalı şahzadənin ev həbsində olduğunu və ya Səudiyyə Ərəbistanında güclə tutulduğunu bildirib.

Onun müalicəsi üçün İsveçrəyə uçmağı planladığını, ancaq sonda gedə bilmədiyi bildirilib.

Vəkil, amerikalı Leonard Bennett, “Deutsche Welle”yə verdiyi müsahibədə vəziyyəti bu cür şərh edib :


“Şahzadə bütün radarlardan itib. Heç kim onun harada olduğunu bilmir. Ən pis xəbərin gəlməsindən qorxuruq”.

Bennett buna baxmayaraq şahzadə ilə əlaqə qurmağı bacarıb. Onun sözlərinə görə, o, şahzadə ilə girov kimi danışıb.

Qeyd edək ki, şahzadə Basma 1953-1964-cü illərdə ölkəni idarə edən və 115 uşağın atası olduğu güman edilən keçmiş Kral Səudun ən kiçik qızıdır.

Yoxa çıxmazdan əvvəl, Basma bint Səud, evdə sosial sahənin, o cümlədən qadınların səlahiyyətlərinin artırılmasının tərəfdarı kimi cəmiyyətdə tanınıb.

Beynəlxalq insan haqları təşkilatları ilə əməkdaşlıq edib.

Media şahzadənin yoxa çıxmasının onun fəal ictimai mövqeyi və ictimai fəaliyyəti ilə əlaqəli olduğunu irəli sürüb.



“Yuxarıdan əmr etdiklərini edə bilməyən nazirlərimiz var, çünki ortalığa çıxaracaq nəticələr yoxdur. Kasıb adam oğurluq edirsə, üçüncü dəfə o, cinayətdən sonra əlini itirir. Varlı adam eyni şeyi edərsə, heç kim ona heç nə deməz” - deyə şahzadə 2012-ci ildə “İndependent” nəşrinə müsahibədə bildirmişdi.



Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.