General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur

Bu gün, 15:48           
General: Putin sadəcə qorxudur,
General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur

Rusiya-Belarus birgə “Qərb-25” təlimlərinin ikinci günündə internetdə Kalininqrad vilayətindən 9M723 ballistik raketləri olan iki “İsgəndər-M” buraxılış qurğusunun göründüyü video yayılıb. Bu, bir sıra ölkələrdə, ələlxüsus da Polşada ciddi narahatlıq yaradıb.

Reyting.az xəbər verir ki, general Roman Polko “İsgəndər”lərin artıq bir neçə dəfə bu bölgəyə yerləşdirildiyini bildirib.

“Əvvəllər Rusiyanın bu bölgəsində tez-tez “İsgəndər”lər yerləşdirilirdi. Onlardan həmişə çəkindirmə vasitəsi kimi istifadə olunub”,- general qeyd edib.

Generalın sözlərinə görə, “Qərb-25” manevrlərinin məqsədi öz hərbçilərini NATO ilə vuruşduqlarına inandırmaq, eləcə də qonşu dövlətlər arasında panika yaratmaqdır.

O, həmçinin Moskvanın sabitliyi pozmaq üçün alət kimi istifadə etdiyi Polşaya edilən son dron hücumlarını da xatırladıb: “Onların məqsədi qorxu və xaos yaymaqdır. Lakin NATO sınaqdan keçib və müdafiəsini gücləndirmək üçün tədbirlər görüb”.

General xüsusilə qeyd edib ki, “İsgəndər” raketləri təhlükəlidir, nüvə başlıqları daşıya bilər, lakin Moskva bu silahdan istifadə etməyəcək:

“Müttəfiqlər informasiya məkanında daha fəal işləməli və Rusiya təbliğatını neytrallaşdırmaq üçün maarifləndirici kampaniyalar aparmalıdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru