Son 7 ildə metro işçilərinin orta aylıq əməkhaqqı necə dəyişib? - CƏDVƏL
Bu gün, 16:24

Cari ilin yanvar-iyun aylarında nəqliyyat sektorunun metro növü üzrə çalışan işçilərin orta aylıq əməkhaqqı 1 355,4 manat olub.
Valyuta.az xəbər veriri ki, bu, ötən ilin eyni dövrünə nisbətən 84,6 manat çoxdur və 6,65%-lik artım deməkdir.
2024-cü ildə metro sahəsində orta maaş 139,6 manat və ya 12,3% artım göstərərək, 1 270,8 manat olub.
2023-cü ildə isə əməkhaqqı 1 131,2 manat təşkil edərək, bir il əvvəllə müqayisədə 73,7 manat artaraq 6,97%-ə yüksəlib.
Qeyd edək ki, 2022-ci ildə 1 057,5 manat, 2021-ci ildə isə 772,2 manat olub. Bu isə o deməkdir ki, 2022-ci ildə maaşlar əvvəlki ilə nisbətən 36,9% artıb.
2020-ci ildə orta aylıq əməkhaqqı 851,9 manat, 2019-cu ildə isə 831,8 manat təşkil edib. 2020-ci ildə maaşlar 20,1 manat və ya 2,4% artıb.
Artan tendensiya ilə davam edən əmək haqqı 2021-ci ildə 79,7 manat və ya 9,3% azalıb.
Beləliklə, son 7 ildə metro sahəsində orta aylıq əməkhaqqı 831,8 manatdan 1 355,4 manata yüksəlib.