Eynşteyn və otel işçisi

Bu gün, 15:04           
Eynşteyn və otel işçisi
Albert Eynşteyn Yaponiyaya getmişdi. O, bir oteldə qalırdı və otel işçisinə bahşiş vermək istədi, lakin bahşiş vermək Yaponiyada ənənə deyildi. Bahşiş vermək bəzən hətta təhqir hesab olunurdu.
Otel işçisi “Bu, mənim işimin bir hissəsidir, maaş alıram” dedi və bahşiş almaqdan imtina etdi.
Eynşteyn bunu bilmirdi.
Həmin gün o, Nobel mükafatı alacağını öyrəndi və məmura dedi: "Mən sevincimi bölüşmək istəyirəm. Baxşişi qəbul etmirsən, amma icazə versən, sənə bir xatirə hədiyyə edəcəm".
Otel otağından kağız və qələmi götürüb bir cümlə yazdı.
O, altında“Albert Eynşteyn” imzasını atdı.
Yapon işçi bu qeydi ömrünün sonuna qədər saxlayıb.
Ölümündən sonra nəvəsi onu hərraca çıxarıb və 2017-ci ildə 1,6 milyon dollara satdı.
Tokyo Imperial Hoteldə Eynşteyn kağız parçasına bunları yazmışdı: “Təvazökar bir həyat, uğurun ağılsız axtarışı ilə idarə olunan narahat həyatdan daha çox xoşbəxtlik gətirir”. Yaxşı bir çarpayı ala bilərsiniz, amma dinc yuxu ala bilməzsiniz.

Ən bahalı, gözəl evi ala bilərsiniz, amma xoşbəxt bir ev ala bilməzsiniz.

Mark Tvenin dediyi kimi, "Başın yastığa dəyən kimi yata biləcəyin rahatlıq və vicdanlı həyat, ideal həyatdır!"
Sinan Coskun Turan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru