Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor - Luçano Pavarotti VİDEO

Bu gün, 16:08           
Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor -
Dünyaca məşhur italyan tenor Luçano Pavarotti 1935-ci ildə Modenada sadə, amma musiqiyə bağlı ailədə doğulub və uşaqlıqdan kilsə xorunda oxumağa başlayıb.

O, əvvəlcə müəllim olmaq istəsə də, vokal təhsili alaraq 1961-ci ildə "La Boheme" tamaşasında Rodolfo rolu ilə böyük səhnədə debüt edib. Parlaq səsi və səhnə cazibəsi ilə Pavarotti həm sadə dinləyicilərin, həm də sənət bilicilərinin qəlbini fəth edib.

Onun Plasido Dominqo və Xose Karrerasla birgə yaratdığı "Üç tnor" layihəsi klassik musiqini milyonlarla insana sevdirib. 1992-2003-cü illərdə Modenada təşkil etdiyi "Pavarotti & Friends" konsertləri ilə müharibə və yoxsulluqdan əziyyət çəkən uşaqlar üçün yardım toplayıb.

Şəxsi həyatında iki evlilikdən dörd övladı dünyaya gəlib və ailəsinə bağlılığını daim qoruyub. 2007-ci ildə xərçəngdən vəfat edən sənətkar musiqini elitadan xalqa endirən və səsi ilə insan ruhunu işıqlandıran əbədi bir miras qoyub.

Ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru