Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI

Bu gün, 16:42           
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 83 min ton “Aİ-92”, 70,7 min ton “Aİ-95” markalı benzin idxal edilib.
Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə “Aİ-92” markalı benzinin idxalı 90%, “Aİ-95” markalı benzinin idxalı isə 69% artıb.
Qeyd edək ki, bu il xaricdən gətirilən “Aİ-92” markalı benzinin bir litrinin orta gömrük dəyəri 97 qəpik, “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri isə 1,07 manat olub.
Məlumat üçün bildirək ki, “Aİ-92” markalı benzin Azərbaycana Rusiya, Rumıniya və Belarusdan gətirilib. “Aİ-95” isə Rusiya, Rumıniya, Bolqarıstan və Belarusdan idxal olunub.
Onu da bildirək ki, iyul ayında Rusiyadan Azərbaycana “Aİ-92” markalı benzin idxal olunmayıb. İyul ayında Rusiyadan 5,6 min ton “Aİ-95” gətirilib və onun da bir litrinin orta gömrük dəyəri 1,02 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Rusiyadan Azərbaycana idxal edilən “Aİ-95” markalı benzinin bir litrinin orta gömrük dəyəri 1,12 manat təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru