Hər kəsin edə biləcəyi vərdiş: Milyarder uğurun sirrini açıqladı

Bu gün, 15:44           
Hər kəsin edə biləcəyi vərdiş:
Dünyanın ən uğurlu investorlarından biri sayılan Uorren Baffet hesab edir ki, uğurun açarı insanın özünə yatırdığı investisiyadır.

Valyuta.az xəbər verir ki, onun fikrincə, uğur təkcə maliyyə biliklərindən deyil, həm də gündəlik vərdişlərdən və əhatədəki insanlardan asılıdır.

Inc.com-un yazdığına görə, Baffet hələ 20 il əvvəl gənclərə verdiyi tövsiyədə ən yaxşı investisiyanın özünə edilən sərmayə olduğunu bildirmişdi. Bu gün də həmin məsləhəti aktual sayır.

O, xüsusilə belə deyib: "Özünüzdən daha yaxşı olan insanlarla işləyin".

Çünki insan çox vaxt əhatəsindəki adamlara bənzəyir. Əgər bu insanlar müsbət vərdişlərə malikdirsə, onlardan öyrənmək mümkündür.

Baffet nümunə götürüləcək insanların hansı keyfiyyətlərə sahib olmalı olduğunu da açıqlayıb:

* Dürüstlük - o, uğur üçün ən vacib xüsusiyyət hesab olunur. “Əgər insanda dürüstlük yoxdursa, digər iki xüsusiyyət – intellekt və enerji əhəmiyyətini itirir”, deyə vurğulayıb.

* Vaxtı düzgün idarə etmək və “yox” deməyi bacarmaq – lazımsız işlərdən imtina etmək uğur yolunda vacibdir.

* Öyrənmə vərdişi – Baffet öz uğurunu çox oxumaqla əlaqələndirir. Onun fikrincə, biliklər mürəkkəb faizlər kimidir: zaman keçdikcə artır və dəyər qazanır.

* Ümumi hörmətə sahib olmaq – əhatədəki insanların rəğbətini qazanmaq uzunmüddətli etimad üçün əsas şərtlərdən biridir.

Baffetə görə, uğur insanın gündəlik vərdişlərində gizlidir. Dürüst, bilikli, hörmətli və məqsədinə fokuslana bilən insanlarla birgə olmaq hər kəsin həyatında dönüş nöqtəsi ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru