Amerikalılar Çarli Kirkin ölümü ilə bağlı şərhlərə görə kütləvi şəkildə iş yerlərini itirirlər

Bu gün, 15:58           
Amerikalılar Çarli Kirkin ölümü ilə bağlı şərhlərə görə kütləvi şəkildə iş yerlərini itirirlər
Amerikalılar ictimai fəal və siyasətçi Çarli Kirkin qətli ilə bağlı fikirlərinə görə kütləvi şəkildə işlərini itirməyə başlayıblar.

Bu barədə "The Guardian" nəşri xəbər verir.

Prezident Donald Trampın administrasiyası artıq müəllimləri, yanğınsöndürənləri, jurnalistləri, Məxfi Xidmət əməkdaşlarını, hərbi qulluqçuları, "Nasdaq" birjasının mütəxəssisini və Milli Futbol Liqası komandasının üzvünü işdən çıxarıb və ya intizam məsuliyyətinə cəlb edib.

Səbəb onların sosial şəbəkələrdə Kirkin qətlini "tərifləyən, rasionallaşdıran və ya bəraət qazandıran" şərhləri olub.

Bundan əlavə, Pentaqonun rəhbəri Pit Heqset cinayəti "lağa qoyan və ya bəraət qazandıran" bütün hərbi personalın və Pentaqon işçilərinin müəyyən edilməsini əmr edib.

"NBC News"un məlumatına görə, artıq bir neçə hərbçi xidmətdən uzaqlaşdırılıb, Müdafiə Nazirliyinin onlarla mülki əməkdaşı isə istintaq altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru