Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib

Bu gün, 15:28           
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib

ABŞ-nın "Penske Media" media şirkəti, nüfuzlu "Billboard", "Rolling Stone", eləcə də "The Hollywood Reporter" və "Variety" kimi yüksək tirajlı jurnalların nəşriyyatçısı "Google"-yə qarşı məhkəmə iddiası qaldırıb. İddia artıq Vaşinqtonda federal dairə məhkəməsinə təqdim olunub.

Reyting.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Şirkət bildirib ki, "Google"-yə məxsus süni intellekt sistemi "AI Overview" qanunsuz şəkildə axtarış nəticələrində yayımlanan cavablarda onlara məxsus nəşrlərdə dərc olunmuş materiallardan istifadə edir. Şirkətin iddia etdiyi kimi, məhz bu fakt da onlayn trafikin azalmasına, eyni zamanda oxucuların uzaqlaşmasına səbəb olur.

"Penske Media"-nın iddiasına görə, istifadəçilər çox vaxt təqdim edilmiş keçidlərə daxil olmur, çünki lazım olan məlumatlar artıq süni intellektin hazırladığı cavablarda yer alır.

Şirkət bildirir ki, ümumiyyətlə, "Google" bazasında mövcud olan axtarış nəticələrinin təxminən 20 faizində məhz "Al Overview" vasitəsilə "Penske Media" nəşrlərinə məxsus məqalələr göstərilir və bu göstərici indi də davamlı şəkildə artır.

"Penske Media" şirkəti onu da vurğulayıb ki, 2024-cü ilin sonundan bəri tərəfdaşlıq keçidlərindən gələn gəlirlər hətta yüksək dərəcədə, üçdə birindən də çox azalıb və bu da, məhz "Google"-dən gələn trafikin azalması ilə izah olunur.

"Google" şirkəti isə qarşı tərəfin iddiasına cavabında bildirib ki, "AI Overviews" sayəsində insanlar axtarış xidmətinin daha faydalı olduğunu düşünür və bu sistemdən daha çox istifadə edirlər. Şirkətə görə, süni intellekt təklif etdiyi keçidlərə daxil olan istifadəçilər saytların özündə də çox vaxt keçirirlər.

"Google" şirkəti bəyan edir ki, onlar belə "əsassız iddialara qarşı tam gücləri ilə müdafiə olunmaqda qərarlıdırlar".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru