Kafedə deputatı yumruqla vurdular - Video

23-01-2020, 00:00           
Kafedə deputatı yumruqla vurdular - Video
Kiyevdə “Müxalif platforma- Həyat üçün” partiyasının deputatı İlya Kivanın iştirakı ilə kafelərin birində dava baş verib.
"Yeni Sabah" xəbər verir ki, insident paytaxtın “Mokko” kafesində olub. Deputat davanın videosunu sosial şəbəkədə paylaşıb. Kiva açıqlamasında ona yumruq atan şəxsin daha əvvəl sosial şəbəkədə onu hədələdiyini, təhqir etdiyini bildirib. Millət vəkilinin sözlərinə görə, kafedə əvvəlcə özünü normal aparmayan şəxsə yaxınlaşaraq ona xəbərdarlıq edib. Bu zaman isə deputata gözlənilməz zərbə dəyib.



Kiva baş verənləri siyasətlə əlaqələndirib. Hadisə yerinə polis çağrılıb və insident tərəfləri bölməyə aparılıb.

Ukrayna mətbuatının məlumatına görə, Kivaya yumruq vuran şəxs veteran Mixail Mayman olub. /Qafqazinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.