“Fairmont”da karantini pozanlardan biri jurnalistləri təhqir etdi

5-07-2020, 21:33           
“Fairmont”da karantini pozanlardan biri jurnalistləri təhqir etdi
Bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq “Fairmont Baku” hotelində istirahət edən şəxslərdən biri jurnalistləri təhqir edib.

“Report”un xəbərinə görə, ad və soyadı məlum olmayan şəxs “İnstagram” hesabında yaydığı videoda həqarətlə çıxış edib.

“Maşallah, hara gedirik, oralar quruyur. Sağ olsun, hansısa işverənlər paylaşımlarımızı saytlara verdilər və “Fairmont” da bağlandı. Rahat olun, xəbər saytları, bizi buradan da etdiniz. Görək, növbəti istirahətimizi etməyə haranı tapırıq”, deyə o bildirib.

Qeyd edək ki, bu gün “Fairmont Baku” hotelində polis əməkdaşları əməliyyat keçirib. Karantini pozan şəxslərin kimliyi müəyyənləşdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru