TOVUZDA YARALANAN ƏSGƏRİMİZ 24 GÜNLÜK KOMADAN AYILDI

7-08-2020, 17:04           
TOVUZDA YARALANAN ƏSGƏRİMİZ 24 GÜNLÜK KOMADAN AYILDI
Tovuzda Ermənistan Ordusunun hücumunun qarşısını alarkən əsgərimiz Məhəddin Zeynalov ağır yaralanıb. JAMAZ.İNFO xəbər verir ki, gənc əsgərimiz aldığı yaralardan dolayı komaya düşüb.
Bu gün Məhəddin Zeynalovla bağlı xoş xəbər gəlib. Belə ki, yaralı əsgərimiz 24 gündən sonra komadan ayılıb. Həkimlərin nəzarətində olan Zeynalovun durumunun sabit olduğu və müalicəsinin uğurla davam etdirildiyi bildirilir.
Azərbaycanın Şanlı Əsgərlərinə Allahdan can sağlığı diləyir, yaralılara tezliklə ayağa qalxmalarını və yenidən Vətənin keşiyində aslanlar kimi durmalarını arzulayırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru