"Bütün Rusiya konsentrasiya düşərgəsində"

Bu gün, 17:04           
"Bütün Rusiya konsentrasiya düşərgəsində"
QULAQ tarixinə bir neçə çıxılmaz və cəsarətli qaçış olub, lakin ən yaxşı planlaşdırılmış və hiyləgər qaçışlardan biri 1934-cü ilin iyulunda baş verdi: üç məşhur məhbus, idmançı Soloneviçi Belomorkanaldan qaçdılar. İvan, Boris və Yuri Qrodnoda anadan olublar və orada güləşçi və ağır atlet kimi məşhurlaşıblar. Vətəndaş müharibəsi zamanı onlar ağları dəstəklədilər, lakin ağlar məğlub olanda Rusiyanı tərk edə bilmədilər. Lakin onların idman aləmindəki əlaqələri sayəsində SSRİ-də məşqçi və təlimatçı kimi iş tapa bildilər və ailə başçısı İvan hətta “Özünümüdafiə və silahsız hücum” kursu hazırladı və mahiyyətcə sambonun yaradıcılarından birinə çevrildi. Lakin onların hələ də sovet rejiminə rəğbəti yox idi.

1930-cu illərdə repressiya çarxı tədricən fırlanmağa başladı və üçlük Belomorkanalına doğru yola düşdü. Orada onlar qaçış planı hazırlanmışdılar. İvan Soloneviç düşərgə komandirlərindən birinə təklif etdi ki, lənətə gəlmiş burjua cəmiyyətinə QULAQda insanların necə gözəl şəkildə yenidən tərbiyə olunduğunu göstərmək üçün QULAQ düşərgələrində Spartakiada təşkil etsinlər. O, razılaşdı, bütün sənədləri imzaladı və üstəlik, idmançıları seçmək üçün müşayiət olmadan şimalda düşərgələri gəzməyə icazə verdi. Bu müddət ərzində Soloneviçlər ərzaq ehtiyatı yığdıb gizlətdilər, ərazini araşdırdılar , meşədəki mühafizə postlarının yerini öyrəndilər və marşrut planlaşdırdılar.

Qaçış iyulun 28-i səhərə planlaşdırılmışdı. Ancaq bir neçə gün əvvəl Boris təcili olaraq başqa bir iş yerinə göndərildi. Getməzdən əvvəl o, hər halda qaçacağına söz verib. Onlar Finlandiyada görüşməyə sözləşdilər. İvan özünə və Yuriyə bir neçə günlük iş icazəsi verdi ki, onlar dərhal axtarmasınlar. İlk bir neçə gün yalnız dəmiryolu yolları ilə getdilər, çünki itlər bu yollarda iz götürə bilmirdi. Onlar meşədə gecələyib, budaqların və mamırların altına sığınaraq, soyuq şimal çaylarını və göllərini bir neçə dəfə üzərək keçib, 16 gündən sonra təyinat yerinə çatıblar. Borisdə görüş yerinə gəlib çıxdı. Qaçdıqdan sonra bir müddət Almaniyada yaşadılar, sonra İvan Argentinaya köçdü. Xaricdə Soloneviç özünün əlamətdar əsəri olan "Bütün Rusiya konsentrasiya düşərgəsində" də nəşr etdirdi.
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru