Kakaonun qiyməti son 10 ayda minimum səviyyəyə çatıb Bu gün, 16:18 Kakaonun birja qiyməti son 10 ayın ən aşağı səviyyəsinə çatıb.Bu barədə "Bloomberg" agentliyi xəbər verir.Bildirilir ki, oktyabrın 2-də Nyu-York əmtəə birjasında (NYMEX) kakao füçerslərinin qiyməti ardıcıl üçüncü gün ucuzlaşıb.Belə ki, dekabr ayı üzrə kakao paxlası füçerslərinin qiyməti 1.92% ucuzlaşaraq, hər ton üçün 6 547 dollar təşkil edib.Kakao dənləri sonuncu dəfə 2024-cü oktyabrın 25-də bu səviyyədə alınıb satılırdı. Facebook-da paylaş