İşlədikləri şirkəti soydular – 180 min manat..

Bu gün, 00:04           
İşlədikləri şirkəti soydular – 180 min manat..
“Saloğlu Kommersiya” MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Tribunainfo.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar.
İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb.
Gülşən Xəlfəyeva və Nicat Həbibov həbs edilib, M.Məmmədov isə polis nəzarətindədir.
İlkin istintaq müddətində zərərçəkmiş şirkətə dəymiş ziyandan 30 min manatı G.Xəlfəyeva və M.Məmmədov tərəfindən ödənilib.
Hazırda toplanmış sübutlar baxılması üçün məhkəməyə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru