Həmin qılınca görə işdən çıxarıldı

Bu gün, 15:14           
Həmin qılınca görə işdən çıxarıldı
ABŞ-də kuryoz hadisə baş verib.

“Qafqazinfo” CBS telekanalına istinadən xəbər verir ki, Kanzas ştatındakı Duayt Eyzenhauer adına Prezident Kitabxanasının direktoru Todd Arrinqton ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyaya istədiyi qılıncı vermədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, Dövlət Departamenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri zamanı kral III Çarlza hədiyyə olaraq Eyzenhauerə məxsus qılıncın təqdim edilməsini istəyib. Hədiyyənin seçiminin isə Melaniya Tramp tərəfindən edildiyi bildirilir. Lakin Arrinqton tarixi artefaktın muzey kolleksiyasından çıxarılmasına razılıq verməyib. Nəticədə onun istefası rəsmiləşdirilib.

Rəsmi açıqlamalarda Ağ Evin qərara birbaşa təsirinin olmadığı qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru