ASALA erməni terror təşkilatının təlim gördüyü ölkələr... VİDEO
Bu gün, 00:01

ASALA erməni terror təşkilatının təlim keçdiyi ölkələr və dəstəkçiləri haqqında bəzi məlumatları yazıram ki, ərəblərin türk düşməni olduğunu bir daha bilsinlər. ASALA hansı ərəb ölkələrində fəaliyyət göstəribsə hamısı İsraillə də düşmən sayılır.
ASALA (Erməni Gizli Azadlıq Ordusu, Armenian Secret Army for the Liberation of Armenia) 1975-ci ildən fəaliyyət göstərmiş və əsasən türk diplomatlarına, azərbaycanlılara və mülki şəxslərə qarşı terror aktları həyata keçirmişdir.
Təşkilatın üzvləri müxtəlif ölkələrdə gizli şəkildə təlim və silahlı hazırlıq keçmişdir. Əsas təlim mərkəzləri və illər üzrə xronologiya belədir:
1. Livan (1975–1982)
Ən əsas təlim bazası olub.
Beyrut və Sidon ətrafında Fələstin təşkilatlarının düşərgələrində ermənilər silah, partlayıcı maddələr, partizan döyüşü və diversiya üzrə təlim alıblar.
Fələstin Azadlıq Təşkilatı (FƏTH) ilə sıx əməkdaşlıq ediblər.
1975–1980-ci illərdə ASALA terrorçularının çoxu məhz burada hazırlanıb.
2. Suriya (1976–1980-ci illərdən etibarən)
Həmin dövrdə Hafiz Əsəd rejimi erməni terrorçularına gizli dəstək göstərib.
Şam yaxınlığındakı bəzi hərbi düşərgələrdə erməni qruplaşmalarına təlim keçilib.
Suriyanın kəşfiyyat orqanı Mukhabarat ASALA ilə əməkdaşlıq edib.
3. Kipr (1970–1980-ci illər)
Kiprin yunan hissəsində gizli düşərgələr mövcud olub.
Burada əsasən Yunan kəşfiyyatı (EYP) vasitəsilə partlayıcı hazırlığı, gizli rabitə və təşkilatlanma üzrə təlimlər keçirilib.
4. Yunanıstan (1970-ci illərin sonu – 1980-ci illər)
Afinada və Salonikidə ASALA üzvlərinə siyasi və gizli sığınacaq verilib.
5. Ruslar (1970–1980-ci illər)
Rəsmi olaraq SSRİ ASALA-nı tanımayıb, amma KQB vasitəsilə gizli əlaqələr olub.
Ermənistanda və digər respublikalarda bəzi erməni gəncləri SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən təxribat-diversiya hazırlığına cəlb olunub.
ASALA-nın bəzi rəhbərlərinin SSRİ-də təhsil aldığı da məlumdur.
6. İran (1979–1980-ci illər)
İran İslam İnqilabından sonra ASALA ilə müəyyən əlaqələr qurulub.
Təlim düşərgələri az olsa da, İranda gizli silah təchizatı və logistika dəstəyi təmin edilib.
7. Fransa (1970–1980-ci illər)
Parisdə və Marseldə ASALA üzvləri sığınacaq tapıb.
Burada rəsmi hərbi düşərgələr olmasa da, təşkilatlanma və diplomatik himayə mövcud olub.
Bu terrorçulardan tanıdığınız birinin xüsusilə qeyd edirəm, Monte Melkonyan.O,
Suriya və Livanda təlim keçərək İran vasitəsilə Ermənistana daxil olaraq bizim işğal edilmiş ərazilərdə çoxlu terror aktlarını törətmişdir .
ASALA Erməni terror təşkilatı 22 ölkənin 38 şəhərində 39 silahlı terror aktı həyata keçirib. Bu terror aktlarının 70-i bombalı, 1-i isə işğal (Dağlıq Qarabağın işğalında ASALA-nın rolunu bilməyən yoxdur) olmaqla, ümumi sayının 110 olduğu rəsmi qeydlərdə təsbit olunub. Qeyri-rəsmi qeydlərdə isə, bu terror aktlarının sayının 182 olduğu söylənilir.
Bir daha tərəfindən xalqımıza qarşı yetişdirilən terrorçuların ərəb himayədarını dəstəkləyənlərin milli qeyrəti olsaydı Fələstinə görə özlərini Azərbaycanla müttəfiq olan İsraillə düşmənçilik etməzdilər.
Qeyd: Şəkildə erməni əsilli ASALA terror təşkilatının üzvü Montedir.
Videoda isə Qarabağda azərbaycanlıların soyqırımını həyata keçirən ASALA üzvləridir.
Джавид Дамирли
TEREF