ABŞ-nin dövlət borcu rekord həddə çatdı

Bu gün, 15:44           
ABŞ-nin dövlət borcu rekord həddə çatdı
ABŞ-nin dövlət borcu ardıcıl dörd ildir iki trilyon dollardan çox artır, 2025-ci maliyyə ilində bu rəqəm rekord həddə - 37.6 trilyon dollara çatıb.
Bu barədə "RİA Novosti" agentliyi ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
"ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Ötən il ərzində borc 35.46 trilyon dollardan 37.64 trilyon dollara yüksəlib, bu ölkə üçün yeni rekorddur", - deyə bildirilir.
Qeyd edək ki, ABŞ-nin suveren borcunda ən böyük artım (4.2 trilyon dollar) 2020-ci ildə qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru