Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar
Bu gün, 17:14
2001-2024-cü illər ərzində Yer kürəsi daha az Günəş işığını əks etdirib. Bu dəyişikliklər xüsusilə Şimal yarımkürəsində qabarıq müşahidə olunur.
Phys.org-un verdiyi məlumata görə, bu barədə NASA-nın Lenqli Tədqiqat Mərkəzinin alimləri bəyan ediblər.
Mütəxəssislər bildiriblər ki, əsas səbəblər arasında Arktikada buz və qar örtüyünün azalması, atmosferdə su buxarı və buludların dəyişməsi, həmçinin aerozolların azalması dayanır.
"Əgər buz və qar Günəş şüalarını güclü əks etdirirdisə, indi onların yerini daha qaranlıq səthlər - su və torpaq alır", - deyə tədqiqatda bildirilib.
Qeyd olunub ki, əvvəllər Cənub yarımkürəsindən Şimala enerji axını bu fərqi qismən tarazlaşdırırdı, lakin son 20 ildə bu mexanizm kifayət etmir.
Alimlərin gəldiyi qənaətə görə, Şimal yarımkürəsində buzların əriməsi və qar örtüyünün itməsi Yerin daha çox Günəş enerjisi udmasına səbəb olur.