İnsanın ürəyi həyatı boyu neçə dəfə döyünür? - Kardioloqdan AÇIQLAMALAR

Bu gün, 16:14           
İnsanın ürəyi həyatı boyu neçə dəfə döyünür? -
İnsanın ürəyi həyatı boyu neçə dəfə döyünür?

Rusiyalı kardioloq Ella Vinoqradova ürək-damar sisteminin işi ilə bağlı Lenta.ru-ya maraqlı açıqlamalar verib.

O, insanın həyatı boyunca ürək döyüntülərinin sayını açıqlayıb.

"Orta statistik insanın ürəyi həyatı boyunca orta hesabla 3.5 milyard dəfə döyünür. Eyni zamanda ürək hər gün təxminən 7 min litr qan pompalayır və qanı təxminən 100 000 kilometr qan damarlarından keçirir", - deyə həkim bildirib.

Ella Vinoqradova həmçinin qeyd edib ki, insanın ürəyi həyat boyu 200 milyon litrdən çox qan pompalayır ki, bu da 80-ə yaxın üzgüçülük hovuzunun həcminə bərabərdir.

Onun sözlərinə görə, ürək, həmçinin özünün "kiçik beyni"nə malikdir ki, bu, təxminən 40 000 neyrondan ibarət müstəqil sinir sistemidir.

Kardioloq ürək-damar sisteminin sağlamlığını qorumaq üçün rasional qidalanmağı, həftədə ən azı 150 dəqiqə orta fiziki fəaliyyətə ayırmağı və siqaretdən imtina etməyi tövsiyə edib. Bundan əlavə, 18 yaşdan yuxarı insanlar üçün ildə ən azı bir dəfə qan təzyiqinin ölçülməsi vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru