Orqanizmin ağrını "söndürmə" sirri açıldı

Bu gün, 17:54           
Orqanizmin ağrını "söndürmə" sirri açıldı
ABŞ-nin Yel Universitetinin tədqiqatçıları orqanizmdə ağrı siqnallarının ötürülməsini tənzimləyən gizli mexanizm aşkar ediblər.

Oxu.Az xəbər veririk, tədqiqat "Nature Communications" jurnalında dərc edilib.

Kendi Polsenin rəhbərlik etdiyi komanda sinir hüceyrələrində kalsiumu keçirən, ağrı və iltihab reaksiyalarını yaradan əsas element olan TRPA1 zülal kanalını öyrənib. Məlum olub ki, həddindən artıq kalsium axını hüceyrələrə zərər verə bildiyindən, orqanizmdə onu dayandırmaq üçün "alət" mövcuddur.

Alimlər burada kalmodulin zülalının mühüm rol oynadığını müəyyən ediblər. O, TRPA1 kanalının xüsusi hissəsinə birləşir və kalsium keçdikdən sonra onu "bağlayır". Əgər bu, baş verməsə, kanal həddindən artıq uzun müddət açıq qalır ki, bu da xroniki ağrıya səbəb ola bilər.

Hipotezi təsdiqləmək üçün tədqiqatçılar TRPA1-i elə dəyişdiriblər ki, kalmodulin ona bağlana bilməsin. Bu halda kanal hiperaktiv olur və sönmür ki, bu da xroniki ağrı mexanizmini təqlid edir.

Polsenin sözlərinə görə, bu kəşf bəzi hallarda ağrı siqnallarının niyə pozulduğunu və daimi iltihab proseslərinə çevrildiyini izah edir. Gələcəkdə bu, xroniki ağrı ilə mübarizə üçün yeni üsulların işlənib hazırlanmasına kömək edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru