Ukrayna ordusu siqaret qutusu ölçüsündə dronlar tətbiq etməyə başlayıb
Bu gün, 16:08
Ukrayna döyüşlər zamanı siqaret qutusu ölçüsündə kamikadze-dronlar tətbiq etməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Voyennaya xronika" "Telegram" kanalı yazıb.
Bildirilir ki, dronun mühərrikləri arasında məsafə təxminən ovuc boydadır.
Minimum partlayıcı maddə daşıya bilən aparat ayrı-ayrı döyüşçülərin məhv edilməsi üçün nəzərdə tutulub. Bir neçə yüz qram çəkisi olan dron ağır zərbə endirə bilsə də, kiçik akkumulyatoru yalnız qısa müddətə uçmağa imkan verir.