Azərbaycanlı alimin oğlundan 95 minlik DƏLƏDUZLUQ - TƏFƏRRÜAT

Bu gün, 17:28           
Azərbaycanlı alimin oğlundan 95 minlik DƏLƏDUZLUQ - TƏFƏRRÜAT
Azərbaycanlı alimin oğlu Türkiyədə dələduzluq edib.

Lent.az xəbər verir ki, bu barədə zərərçəkən sosial şəbəkədə məlumat paylaşıb.

Onun sözlərinə görə, Emin Quliyev özünü İngiltərədə universitetlərdə işləyən, Azərbaycan və Türkiyədən həmin ölkəyə tələbə göndərən kimi təqdim edib. Zərərçəkən bildirib ki, hazırda İstanbulda yaşayan Emin Quliyevi daha çox iş adamı kimi tanıyırlar:

“Tələbələrin kirayə evlərə ehtiyacı olduğunu bildirərək bizimlə 50/50 “Subicarə” şərtləri ilə əməkdaşlıq təklif etdi. Biz də etibar edərək qəbul etdik və iki nəfərə ümumilikdə 56.000 ABŞ dolları (95 min 200 manat) ona verdik. Bir müddət sonra internet qəzetlərində onun Azərbaycanda axtarışda olduğu, çoxsaylı insanların pullarını mənimsəyərək ölkədən qaçdığı xəbərlərini oxuduq. Sonradan bütün nömrələrimizi bloklayaraq yoxa çıxdı”.

Ancaq zərərçəkənlərin hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri bildirilmir.

Qeyd edək ki, Emin Quliyev riyaziyyatçı alim Vaqif Quliyevin oğludur.

Xatırladaq ki, o, 2017-ci ildə də dələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru