Tramp "TikTok"la bağlı razılaşmanın hələlik ilkin mərhələdə olduğunu deyib

22-09-2020, 07:46           
Tramp "TikTok"la bağlı razılaşmanın hələlik ilkin mərhələdə olduğunu deyib
ABŞ prezidenti Donald Tramp Çin sosial şəbəkə markası olan “TikTok”un Amerika “Oracle” və “Walmart” şirkətlərinə satılması ilə bağlı razılaşmanın hələ ki ilkin mərhələdə olduğunu bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, o bu tətbiqə girişin hər an ləğv edilə biləcəyinə diqqət çəkib.

“Bu, işləmə mərhələsindədir. Mən ilkin razılıq razılıq verdim. “Oracle” və “Walmart” kimi iki böyük şirkət bunun üzərində işləyir. Bunu davam etdirə bilsək, davam etdirəcəyik. Əks təqdirdə sosial şəbəkəyə girişi deaktiv edəcəyik. Bizə tam təhlükəsizlik lazımdır. Bu yeganə məqam çox vacibdir”, - Tramp belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.