Ermənilərin yaraladığı şəxsdən xəbər var

27-09-2020, 10:32           
Ermənilərin yaraladığı şəxsdən xəbər var
Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.
Teref.az xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.APA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.