Zibillikdən yeni doğulmuş uşaq meyiti tapıldı - ŞİRVANDA ŞOK OLAY

11-03-2016, 00:34           

Şirvan şəhərində yerli sakinlər zibilliyə atılmış yedi aylıq oğlan uşağının meyitini aşkarlayıblar.

Şirvan şəhərində yerləşən məişət tullantıları poliqonundan yerli sakinlər tərəfindən yeni doğulmuş uşaq meyitinin tapılması barədə Şirvan polis şöbəsinə məlumat verilib. Körpənin meyiti Şirvan şəhər Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə təhvil verilib. Mərkəzdə meyitin müayinəsi zamanı onun 7 aylıq hamiləlikdən sonra ölü doğulduğu barədə ilkin rəy verilib. Uşağın meyitinin kim tərəfindən atıldığı məlum deyil.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır. (apa)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.