Bakıda dəhşətli yanğın: 6 maşın kül oldu

20-04-2015, 17:22           
Bakıda dəhşətli yanğın: 6 maşın kül oldu
Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yanındakı yarımtikilidə güclü yanğın olub

Dia.az xəbər verir ki, hadisə şahidlərinin SalamNews-a verdikləri məlumata görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq, külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı böyükdür.

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.