Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı

18-10-2018, 09:15           
Meyvezer Nurməhəmmədovla döyüşün şərtlərini açıqladı
Amerikalı boksçu Floyd Meyvezerrusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşə çıxmaq üçün şərtlərini açıqlayıb.

Unikal.org TMZ-yə istinadən xəbər verir ki, Meyvezer Nurməhəmmədovla ancaq boks qaydaları ilə döyüşməyə razı olduğunu bildirib.

"Həbibin nə düşündüyünü deyə bilmərəm. Lakin öz tərəfimdən deyə bilərəm ki, bunu edə bilərik. O mənə çağırış yolladı. Odur ki, Həbib mənim dünyama gəlməli olacaq”, – deyə o vurğulayıb.

Meyvezer Həbiblə döyüşdən irlandiyalı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləğdən 100 milyon dollar artıq əldə etmək istədiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.