İspaniyanın "Real" klubu Kavani ilə maraqlanır

19-11-2018, 08:50           
İspaniyanın "Real" klubu Kavani ilə maraqlanır
Madridin "Real" klubu PSJ və Uruqvay yığmasının hücumçusu Edison Kavanini komandaya cəlb etmək variantını nəzərdən keçirir.

“Report” xəbər verir ki, Kavani 2013-cü ildən Fransa PSJ-sinin şərəfini qoruyur.

31 yaşlı forvard hazırkı mövsümdə Fransa çempionatında 8 qol vurub və 8 matçda məhsuldar ötürmə edib.

Edisonla İtaliyanın "Napoli" klubu da maraqlanır. Uruqvaylı futbolçu 2010-2013-cü illərdə sözügedən komandada çıxış edib.

Bundan əvvəl Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasından kənarlaşdırıla biləcəyi barədə xəbər yayılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.