Ramos ilin ən yaxşı kişi idmançısı seçildi

12-01-2019, 08:31           
Ramos ilin ən yaxşı kişi idmançısı seçildi
İspaniyanın “Real Madrid” klubunun kapitanı Serxio Ramos Madrid şəhərində ilin ən yaxşı kişi idmançısı seçilib.

Teleqraf.com xəbər verir ki, İspaniya paytaxtında keçirilən mərasimdə 32 yaşlı müdafiəçiyə Madridin ən yaxşı idmançısına verilən “Yeddi ulduz” mükafatı təqdim olunub. Mükafatı futbolçuya Madrid regional hökumətinin rəhbəri Angel Qarrido təqdim edib.

Mərasimdə Serxio Ramosla yanaşı, bir neçə idmançı da “Yeddi ulduz” mükafatına layiq görülüb.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə Madrid təmsilçisinin heyətində 27 oyunda 7 qol vurub. İspaniya millisində indiyədək 161 dəfə forma geyən futbolçunun aktivində 17 qol var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.