FİFA DÇ-2022 iştirakçılarının sayının artımı ideyasına baxacaq

15-01-2019, 07:39           
FİFA DÇ-2022 iştirakçılarının sayının artımı ideyasına baxacaq
Beynəlxalq Futbol Federasiyası (FİFA) Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından (DÇ-2022) etibarən DÇ-2022 iştirakçılarının sayının artırılmasını istisna etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino bildirib.

O, qeyd edib ki, məsələ FİFA-nın Mərakeşdə bu gün keçiriləcək sammitində müzakirə ediləcək.

Futbol üzrə növbəti dünya çempionatı 2022-ci ilin noyabrından 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Yarışın final matçı 80 min tamaşaçı tutan Lüsailə stadionunda baş tutacaq.

Bundan əvvəl FİFA çempionatda iştirak edəcək komandaların sayının 48-ə qədər artırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən 2026-cı ildə ABŞ-da, Kanadada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçıları 48 komandadan ibarət olacaq.

Qeyd edək ki, 32 komandanın iştirak etdiyi indiki formatda yarışlar 1998-ci ildən keçirilir.

Daha əvvəl məlum olub ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının bəzi oyunları qonşu ölkələrdə təşkil oluna bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.