Belçikalı yarımmüdafiəçi Musa Dembele Çin klubuna transfer olunub

18-01-2019, 07:14           
Belçikalı yarımmüdafiəçi Musa Dembele Çin klubuna transfer olunub
“Tottenhem” klubunun belçikalı yarımmüdafiəçisi Musa Dembele Çin klubuna transfer edilib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, London təmsilçisinin 31 yaşlı yarımmüdafiəçisi Çinin “Quancou R&F” komandası ilə 2022-ci ilə qədər müqavilə imzalayıb. Musa Dembele yeni klubunda ildə 10 milyon avro məvacib alacaq.

M.Dembele cari mövsümdə “Tottenhem”in heyətində 13 oyunda bir məhsuldar ötürmə verib.

Yarımmüdafiəçi Belçika millisinin forması ilə 80 oyunda 5 qol vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.