PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb

20-01-2019, 09:53           
PSJ ölkə çempionatında 9:0 hesablı qələbə qazanıb
PSJ futbol üzrə Fransa çempionatının 21-ci turunda "Genqam"ı 9:0 hesabı ilə darmadağın edib.

“Report” xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçən görüşdə ev sahiblərinin heyətində Neymar dubl, Kilian Mbappe və Edinson Kavani isə het-trik edib.

Daha bir qolu rəqib komandanın qapısından müdafiəçi Toma Myönye keçirib.

Paris klubu bu qələbə sayəsində xallarının sayını 53-ə çatdırıb və turnir cədvəlində liderliyini davam etdirir. "Genqam" 14 xalla sonuncu 20-ci yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.