Məmmədyarovla Rəcəbov çətin sınaq qarşısında

20-01-2019, 10:13           
Məmmədyarovla Rəcəbov çətin sınaq qarşısında
Bu gün ənənəvi “Tata Steel Masters-2019” şahmat turnirinin səkkizinci turunun oyunlarına start veriləcək.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Anand, Teymur Rəcəbov hollandiyalı Yorden Van Forestlə mübarizə aparacaq.

Teymur Rəcəbov yeddinci turda Hindistan şahmatçısı Santoş Viditi məğlub edərək aktivinə 1 xal əlavə edib. O, bu nəticə ilə ilk beşlikdən sonrakı pillədə qərarlaşıb. Turnir cədvəlində ilk beşlikdə qərarlaşan Dinq Liren, Aniş Giri, Maqnus Karlsen və Vişvanatan Anandın hərəyə 4,5 xalı, şahmatçımızın isə 4 xalı var.

T.Rəcəbov “Chess-news.ru” saytına yeddinci turda qələbəsini şərh edərkən bildirib: “Bu qədər qaçırılmış imkanlardan sonra nə edəcəyimi bilmirdim. Əvvəl Kramnik, sonra Rapport ilə oyunlarda... Bu dəfə də qalib gəlməmək çox xoşagəlməz hal olardı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.